“Böyük qardaş” səni bizləyir

01.06.2025

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Sidney Texnolji Universitetinin tədqiqatçıları 54 könüllü üzərində təcrübə aparıblar. Dosent Kili Seymurun rəhbərlik etdiyi araşdırmanın nəticəsi göstərib ki, müşahidə altında olmaq insanın təkcə şüurlu qərarlarının deyil, təhtəlşüurdan gələn funksiyalarının da dəyişməsinə təsir göstərir.
- Bu zaman insanın beyni potensial təhdidləri analiz etmək üçün gücləndirilmiş iş rejiminə keçir. Məsələn, insan başqalarının üz ifadələrini və baxışarını daha tez hiss etməyə başlayır. Reaksiyalar təxminən 1 saniyə sürətlənir. Amma insanın özü bunun fərqində olmur,- Kili Seymur bildirib.

Bunun ciddi mənfi tərəfi də var: Daim müşahidə altında olmaq və bunu bilmək insanı davamlı gərginlikdə saxlayır. Belə adamlarda izlənmə, şübhə maniyası, müxtəlif paranoyalar əmələ gəlir. Diqqəti cəmləmək və yaddaş problemləri yaranır. Son nəticədə bu hal insanın sosial münasibətlərinə də təsirsiz ötüşmür.
Samir Quliyev
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью