Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinə start verdi.
Ötən 4 il ərzində misli-bərabəri görünməz şəkildə bu işlər həyata keçirildi".Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.
Deputat əlavə edib ki, Ermənistan tərəfi kapitulyasiya aktını imzaladıqdan bir neçə gün sonra Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva bu ərazilərə səfər etdilər və bərpa prosesi başlanıldı:"2024-cü ildə yenidənqurmanın məntiqi nəticələrini görməyə başladıq.
Yəni daha çox məcburi köçkünlərin müasir dövrün tələblərinə cavab verən böyük şəhər və qəsəbələrdə Böyük Qayıdışının şahidi olduq.
Bu il Xocalı və Xankəndində köç prosesinin intensivləşməsi, bu ərazilərdə quruculuq və abadlıq işlərinin genişlənməsi ilə yadda qaldı.
Bundan öncəki illərdə əsası qoyulmuş bir çox tədbir və festivalların davamlı şəkildə keçirilməsi baş tutdu.
Həmçinin Füzuli və Zəngilan beynəlxalq hava limanları daha aktiv istifadəyə başladı.