Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam edir. Bu mərhələdə Xocavənd şəhərinə 36 ailə - 140 nəfər, rayonun Quzeyxırman kəndinə 12 ailə - 45 nəfər, Cəbrayılın Soltanlı kəndinə 17 ailə - 74 nəfər, Zəngilanın Cahangirbəyli kəndinə isə 18 ailə - 74 nəfər köçürülüb.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
XQ