Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. “Böyük Qayıdış” Gənclər Təşkilatından XQ-yə verilən məlumatda bildirilir ki, silsilə
Ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Faciənin 36-cı ildönümü ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyində "20 Yanvar – Tarixin canlı şahidləri" adlı anım tədbiri keçirilib.
Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə rəsmilərin çıxışlarından sonra, 1990-cı ilin 19-20 qanlı yanvar tarixi günlərinin canlı şahidləri Rafiq Səməndərov, Nazim Ələkbərov və Ziyadxan Nəbibəyli çıxış edərək qəhrəmanlıq səlnaməmizin yazıldığı həmin o günlə bağlı gənclərə ətraflı məlumat veriblər.
Tədbir yaradıcı gənclərin təqdimatında bədii hissə ilə yekunlaşıb.
Tədbirlər planına uyğun olaraq Gənclər Təşkilatlarının Resurs Mərkəzində "20 Yanvar: Tarix, yaddaş və milli şüur" adlı panel müzakirəsi keçirilib.
“Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyevin moderatorluğu ilə keçirilən tədbirdə millət vəkili Ceyhun Məmmədov, 20 Yanvar faciəsinin canlı şahidləri olan Hikmət Ağayev və Valeh Hüseynov o qanlı gecədə baş verənlər, həmçinin həmin dövrdə Azərbaycanın ictimai-siyasi vəziyyəti və xalqımızın mübarizlik ruhu haqqında fikirlərini gənclərlə bölüşüb, onları maraqlandıran sualları cavablandırıblar.
Həyata keçirilən ardıcıl tədbirlər zamanı bildirilib ki, 20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub.