Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-i və 19-da Ağdam şəhərində, Xankəndi şəhərində, Əsgəran qala-kompleksində, habelə Xocalı rayonunun Ballıca kəndində aparılan bərpa-quruculuq işləri işləri ilə, fərdi evlərin və infrastrukturun bərpası sahəsində həyata keçirilən layihələrlə, yaşayış və otel kompleksləri ilə tanış olublar.
Dövlət başçısı Ağdam Muğam Mərkəzinin inşası prosesi ilə yaxından maraqlanıb, Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib.
Bütün bunlar heç bir kənar dəstək olmadan, hansısa beynəlxalq qurumların maddi-texniki yardımları olmadan, sırf Azərbaycan dövlətinin öz gücü hesabına görülən işlərdir.
Cənab Prezidentin Ballıca kəndinin sakinləri ilə görüşü zamanı vurğuladığı kimi biz "hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir.
Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində".Dünyada hərcmərcliyin və qeyri-müəyyənliyin hökm sürdüyü, köklü geosiyasi dəyişikliklərin baş verdiyi, Suriya və Ukrayna kimi ölkələrin müharibə dağıntıları ilə baş-başa buraxıldığı bir məqamda, Azərbaycan özünün 30 illik işğal yaralarını sarımağa, erməni vandalizminin ağır nəticələrini aradan qaldırmağa, işğaldan azad edilmiş əraziləri yenidən qurmağa davam edir.
Bu, Azərbaycan dövlətinin gücünün və Azərbaycan xalqının quruculuğunun təzahürüdür.
Bu bizim ən yeni tariximizin qürur doğuran gerçəkliyidir. Eyni zamanda, Böyük Qayıdış prosesi də uğurla davam etdirilir.