Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bu gün Qarabağda qurulan hər yeni şəhər, quraşdırılan hər günəş paneli, təmizlənən hər hektar torpaq — gələcək nəsillər üçün daha təmiz, təhlükəsiz və davamlı bir həyatın təməlini qoyur.
Qarabağ və Şərqi Zəngəzur artıq yaşıl dirçəlişin, innovasiyanın və sülhün rəmzinə çevrilib".
Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən layihələr nəticəsində işğaldan azad edilmiş ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5 MVt-dan çox olan günəş panelləri quraşdırılıb və proses məskunlaşma planlarına uyğun davam etdirilir.
Bu ərazilərdə 307 MVt gücündə 38 su elektrik stansiyası istismar olunur.
“Şəfəq” GES, “Üfüq” GES və “Şəms” GES layihələri Cəbrayıl rayonunda həyata keçirilir: "Azərbaycanın Zəngilan rayonunda yerləşən Ağalı kəndi, işğaldan sonra həyata keçirilən bərpa və innovasiya siyasətinin ən parlaq nümunəsidir.
Uzun illər viran qalmış kənd indi tamamilə yeni konsepsiya ilə – “ağıllı kənd” modeli əsasında yenidən qurulub.