Böyük Qayıdış: tarixi yaddaşın bərpasında maddimədəni irsin rolu və əhəmiyyəti MƏQALƏ AZƏR…
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 27 noyabr, AZƏRTAC Prezident İlham Əliyev və oğlu Heydər Əliyev cari il sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı həmin tədbirdəki nitqində Azərbaycanın indiki Ermənistan ərazisinə qatılan tarixi torpaqları barədə danışaraq bildirmişdi: “Qeyd etdiyim kimi, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir.
İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır.
Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.
Vətən müharibəsində əldə edilən tarixi Qələbə XXI əsrin qalib dövləti və xalqı qarşısında yeni siyasi, elmi və strateji hədəflər mərhələsi zəminində geniş üfüqlər açdı.
Təqvimimizə qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etdiyimiz kədərli 27 Sentyabr - Anım Günü ilə bərabər, iki bayram günü də əlavə edildi – 8 Noyabr-Zəfər və 20 Sentyabr-Dövlət Suverenliyi günləri.
Əbədi yaşayacaq bu Zəfər Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifəsidir.
Tam oxu
Xəbəri oxu