Icma.az bildirir, Sia Az portalına istinadən. "İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eyni zamanda insanlar
Böyük Qayıdış yalnız evlərin tikilməsi və infrastrukturun bərpası ilə məhdudlaşmır, eyni zamanda sosial rifah, məşğulluq, təhsil və səhiyyə
Bu sözləri SİA-ya açıqlmasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, bu prosesdə sosial siyasət tədbirləri böyük əhəmiyyət kəsb edir: "İnsanların təhlükəsiz qayıdışı üçün əvvəlcə mina təhlükəsizliyinin təmin olunması və əsas kommunikasiya xətlərinin bərpası həyata keçirilir.
Eyni zamanda, ərazilərdə sosial xidmətlərin – məktəb, uşaq bağçası, xəstəxana və poliklinikaların – yaradılması, habelə əhalinin sosial müdafiəsinin gücləndirilməsi qayıdışın davamlı olmasını təmin edir.
Məşğulluq məsələsi də Böyük Qayıdışın uğuru üçün kritik amildir.
Dövlət tərəfindən regionlarda iş yerlərinin yaradılması, kənd təsərrüfatı və sənaye layihələrinin təşkili, biznes təşəbbüslərinin dəstəklənməsi insanların yurdlarına dönməsini stimullaşdırır.
Bu, həm də regionun iqtisadi canlanmasını sürətləndirir və əhalinin sosial rifahını artırır.