“Böyük Seva”nın son durumu

09.02.2026

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


ANS telekanalından “Böyük Seva” kimi tanınan jurnalist Sevda Həsənova 3 gün öncə beyin əməliyyatı keçirib.

Bakupost.az xəbər verir ki, bu barədə Respublika Neyrocərrahiyyə Xəstəxanasından bildirilib ki, hazırda jurnalistin müalicəsi palata şəraitində davam etdirilir.

“1970-ci il təvəllüdlü şəxs Respublika Neyrocərrahiyyə Xəstəxanasının Reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb. Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, - məlumatda bildirilib.

Qeyd edək ki, 55 yaşlı Sevda Həsənova 1994-cü ildən 2006-cı ilə qədər ANS-də çalışıb. Daha sonra faəliyyətini istipress.com saytında davam etdirib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью