“Böyük Seva”nın vəziyyəti açıqlandı

09.02.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

ANS telekanalından “Böyük Seva” kimi tanınan jurnalist Sevda Həsənova 3 gün öncə beyin əməliyyatı keçirib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda jurnalistin müalicəsi palata şəraitində davam etdirilir.

“1970-ci il təvəllüdlü şəxs Respublika Neyrocərrahiyyə Xəstəxanasının Reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb. Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, - məlumatda bildirilib.

Qeyd edək ki, 55 yaşlı Sevda Həsənova 1994-cü ildən 2006-cı ilə qədər ANS-də çalışıb. Daha sonra faəliyyətini istipress.com saytında davam etdirib.

Lamiyə Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью