Böyük Şor gölünün qərb hissəsinin və Zığ gölünün bərpası işlərinə yaxın zamanlarda başlanı…
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
COP29 çərçivəsində Azərbaycan Milli Pavilyonunda Abşeron göllərinin bərpası və iqlimədayanıqlı şəhər atmosferinin yaradılması ilə bağlı müzakirələr keçirilir.
Burada əsas məqsəd Abşeron göllərinin bərpası istiqamətində görülən işlər və nəzərdə tutulan yeni tədbirlərlə bağlı məlumatların verilməsidir.
Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə açıqlamasında deyib.
F.Mütəllimov göllərin mühafizəsinin şəhər dayanıqlılığında və şəhər həyatındakı vacib rolunu vurğulayaraq bildirib: “Hazırda müzakirələrdə həm ETSN, həm də beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Abşeronda göllərin bərpası istiqamətində 2014-2015-ci illərdə Böyük Şor gölünün şərq hissəsi artıq bərpa olunub və ətrafında bulvar salınıb.
İndi isə Böyük Şor gölünün bərpasının layihəsinin ikinci mərhələsinə, yəni, gölün qərb hissəsinin bərpası ilə bağlı layihə sənədləri hazırlanıb.
Bundan əlavə, Zığ gölünün bərpası ilə bağlı da layihə sənədləri və texniki-iqtisadi məsələlər var.
Tam oxu
Xəbəri oxu