Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Məşhur “Haribo Happy Cola F!ZZ” konfetlərinin tərkibində narkotik aşkarlanıb.
Axar.az xəbər verir ki, bu barədə Niderlandın Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi Təşkilatı məlumat yayıb.
Məlumata görə, bir ailənin üzvləri 1 kiloqramlıq “Haribo Happy Cola F!ZZ” konfetlərini yedikdən sonra özlərini pis hiss ediblər və quruma başgicəllənməsi ilə əlaqədar şikayətlər daxil olub.
Konfetlərdən götürülən nümunələrdə marixuana olduğu təsdiqlənib.
“Haribo” bütün məhsullarını bu ölkədən geri çağırmaq qərarına gəlib.