“Böyük üçlük” görüşü nə vəd edir?

20.11.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Çin dünyanın bölüşdürülməsinə maraqlı deyil.

“Cebheinfo.az”-ın məlumatına görə, Çin mediası noyabrı 19-da Şenjen şəhərində üç dövlətin liderinin görüşünün nəticəsini şərh edərək bele yazıb.

“ABŞ və Rusiyaya bölünmüş dünya faydalı ola bilər, amma Çinə vahid dünya lazımdır”.

Qeyd edək ki, Çinin vahid dünya strategiyası Pekinin müxtəlif regionların ABŞ, Rusiya və digər güc mərkəzləri arasında təsir zonasına bölünməsini inkar etdiyini göstərir.

Görünür, dünyanın bölüşdürülməsi siyasətini Çin özünün iqtisadi təsirinin yayılmasına zidd hesab edir.

Bu isə Si Tszinpin, Donald Tramp və Vladimir Putin arasında aparılan danışıqlarda dünyanın yenidən bölüşdürüldüyünə dair məlumatların həqiqətə uyğun  olmadığını, yəni tərəflərin bu məsələdə fərqli maraqlardan çxıış etdiyini təsdiq edir. 

Müşfiq  Abdulla  
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью