Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliyada “Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin toplantısı keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edir ki, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyanın xarici işlər nazirləri, o cümlədən Avropa İttifaqının ali nümayəndəsi təhlükəsizlik məsələlərini, münaqişə zonalarındakı vəziyyəti və Yaxın Şərqlə artan gərginliyi müzakirə ediblər: “Aydındır ki, toplantıda əsas mövzu Rusiya-Ukrayna müharibəsi olub.
Bu səbəbdən toplantıya Ukraynanın xarici işlər naziri Andriy Sibiqa da dəvət olunub.
Ukraynalı baş diplomat ölkəsinə verilən dəstəyə görə müttəfiqlərə minnətdarlığını bildirib və onları Rusiyanın işğalı qarşısında həmrəy olmağa çağırıb.
Sibiqa həmkarlarının diqqətini Rusiyanın müharibəni genişləndirmək üçün atdığı son addımlara, Şimali Koreya qoşunlarının bölgədə yerləşdirilməsinə, Ukraynanın nüvə enerji obyektlərinə zərbələrin endirilməsinə və orta mənzilli ballistik raketlərin tətbiqinə yönəldib.
Sibiqa Ukraynaya dəstəyin xeyriyyəçilik olmadığını, Avroatlantik birliyə və dünyanın təhlükəsizliyinə ən yaxşı sərmayə olduğunu söyləyib.