Böyüklər üçün animasiya axşamı keçiriləcək

20.11.2024

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı yerli klassik animasiya filmlərinin nümayişini təşkil edir.

Kulis.az xəbər verir ki, SSRİ-nin son dövrlərini və müstəqilliyin ilk illərini özündə ehtiva edən bu filmlər o dövrümüzə işıq salır.

Nümayişə Firəngiz Qurbanovanın "Seans", Elçin Hami Axundovun "Güzgü", Arif Məhərrəmovun "Qaravəlli", Vahid Talıbovun "Lağım", "Arzular...Arzular...", Şamil Nəcəfzadənin "İthaf" animasiyaları daxildir.
Filmlər 26 noyabr, saat 19:00-da "Azərbaycan" CinemaPlus-da nümayiş olunacaq. Nümayiş "Azərbaycanfilm" kinostudiyasının və Azərbaycan Dövlət Film Fondunun dəstəyilə həyata keçirilir.
Giriş sərbəstdir.

"Mən bu cahana sığmazam"ın aktyorları eyni layihədə Şuşa Teleradio Yayım Stansiyası haqqında film çəkilir "Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью