Böyükşor bulvarında ağır qəza: İki maşın toqquşdu, yaralı var VİDEO

20.07.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda iki avtomobilin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 20-də, paytaxtın Böyükşor bulvarında baş verib. Belə ki, hadisə 90-GA-080 qeydiyyat nişanlı "Land Rover" markalı və 10-TY-689 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində yaralanan da var.

Qeyd edək ki, bu kəsişmə yerində tez-tez qəzalar baş verir. Səbəb isə dairədə "stop" nişanına əməl etməyən və baş yolla gələn sürücülərin yüksək sürətlə hərəkət etmələri olur.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью