Böyükşor qəsəbəsində baş verən yol nəqliyyat hadisəsində 3 nəfər ölüb

07.06.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 iyun, AZƏRTAC

Bu gün saat 14 radələrində paytaxtın Sabunçu rayonu Böyükşor qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, "Mercedes" markalı yük avtomobili yolun əks istiqamətində hərəkətdə olan "Volkswagen" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью