Böyükşor yolunda ağır qəza

08.11.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Bu gün saat 09:30 radələrində paytaxtın Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Böyükşor gölünün üzərindən keçən yolun giriş hissəsində - paytaxtın mərkəzinə doğru olan istiqamətdə "Opel" və "Tofaş" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində "Tofaş" tamamilə yararsız hala düşüb, digər avtomobilə də xeyli zərər dəyib.

Hadisə zamanı xəsarət alanların olub-olmamasına dair məlumat yoxdur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью