Böyüməyə və bərpaya aparan yol | Icma.az
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Zəngilan rayonunun işğaldan azad edilməsindən sonra burada genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi.
Bu prosesdə Prezident İlham Əliyevin şəxsi nəzarəti və dəstəyi mühüm rol oynadı.
20 oktyabr 2021-ci il tarixində Zəngilan rayonuna səfəri zamanı Prezident Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldu.
Eyni zamanda Zəngilan Beynəlxalq Hava Limanı və hərbi hissə kompleksində yaradılan şəraitlə tanışlıq həyata keçirildi.
26 oktyabr 2021-ci ildə Prezident Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və “Dost Aqropark”ın təməllərini qoydu.
27 may 2022-ci ildə keçirilən növbəti səfərdə isə hava limanının tikintisi, Zəngilan məscidinin bərpası və intensiv meyvə bağı layihələri ilə tanışlıq baş tutdu.
Bu səfərlər və həyata keçirilən layihələr bir daha göstərir ki, dövlət Zəngilanın dirçəlişini prioritet istiqamət kimi qəbul edir və burada müasir və dayanıqlı həyat üçün bütün şərait yaradılır.
Tam oxu
Xəbəri oxu