Boyun onurğası sındı OLİMPİADADA İŞTİRAK ETMƏYƏCƏK

11.02.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avstraliyalı snoubordçu Kem Bolton XXV Qış Olimpiya Oyunları ərəfəsində məşq zamanı ağır zədə alaraq xəstəxanaya yerləşdirilib.

Apasport.az ESPN-ə istinadən xəbər verir ki, idmançıya boyun onurğasının iki sınığı diaqnozu qoyulub.

Hadisə məşq yürüşü zamanı baş verib. Bazar ertəsi ağrılar hiss edən Bolton yalnız növbəti gün tibbi yardıma müraciət edib. Müayinə və rentgen nəticəsində sınıqlar aşkarlandıqdan sonra idmançı helikopterlə xəstəxanaya çatdırılıb.

35 yaşlı idmançı karyerasında dördüncü dəfə olimpiadada iştirak etməyə hazırlaşırdı. O, daha əvvəl 2014, 2018 və 2022-ci ildə təşkil olunan Qış Olimpiya Oyunlarına qatılıb. Kem Bolton snoubord-kross üzrə qarışıq yarışlarda 2025-ci il dünya çempionatının gümüş mükafatçısıdır.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib FIS erməni xizəkçini Azərbaycan adını örtməsinə görə cəzalandırıb Lando Norris “Formula 1”in qalibi oldu - KARYERASINDA İLK DƏFƏ Ferstappen Qətər Qran-prisinin qalibi olub Qış Olimpiya Oyunlarının məşəli yandırılıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью