Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Boyun fəqərələrini şaqqıdadıb sındırmaq rahatlaşdırıcı, insana xoş gələn və sanki başdakı ağırlığı götürən prosesdir.
Hətta insanlar bəzən ara "həkimləri", manual terapevtlərə, masajçılara gedəcək bu prosesi etdirməyə can atır.
Xüsusən baş beyində qan durğunluğu olanlar boyundakı sıxılmanı götürməklə damarlardan qanın axınını yaxşılaşdırdıqlarını güman edirlər.
Saglamolun.az bakupost.az-a istinadla xəbər verir ki, insanlarda bu vərdişin xeyrindənsə zərərli tərəfləri çoxdur.Həkimlər bildirir ki, bədəndə istənilən oynaq və onurğa fəqərəsi birləşməsinin şaqqıldadılması oynaq ətrafındakı xüsusi kapsulu dartır.
Bu kapsulda olan maye oynağa təzyiqin qarşısını alan amartizasiya rolunu oynayır. Təzyiq azaldıqda bu maye qaza çevrilir.
Məhz bu qaz əmələ gəlmə prosesində qığırdaqlardan şaqqıltı səsi gəlir. Bu proses tibdə kavitasiya adlanır.
Boyunda belə kapsulu olan oynaqlar çoxdur. Boynu sındırma zamanı kapsul partlayır, maye qaza çevrilib yüngülləşir, nəticədə xəstəyə elə gəli