Boz qurdlar bayquşlar a qarşı

12.04.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasında 30-cu turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edir. Turnir cədvəlində qonşu olan komandaların görüşü turun mərkəzi matçı hesab olunur. Aktivində 44 xal olan meydan sahibləri hazlırda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb və avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. "Sabah" isə 36 xalla 5-ci yerdədir.

"Boz qurdlar" qalib gələcəyi halda "bayquşlar"la xal fərqini bir qədər də artırıb, rahat nəfəs ala biləcək. Yox, qonaqlar qərb səfərindən qələbə ilə dönəcəyi təqdirdə qitəmiqyaslı turnirlərə yollanmaq üçün mübarizədə "mən də varam" deyəcək. 

Qeyd edək ki, oyunun start fiti saat 17:00-da səslənəcək.

Misli Premyer Liqası

IV dövrə, XXX tur

17:00. "Turan Tovuz" - "Sabah"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Emin Cəfərov
Tovuz. Şəhər stadionu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью