Boz qurdlar bayquşlara qarşı

24.11.2024

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında XIV tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə "Turan Tovuz" və "Sabah" kollektivləri meydana çıxacaq. Hazırda turnir cədvəlində "Turan Tovuz" 26 xalla 3-cü, "Sabah" isə 18 xalla 5-cidir. "Bayquşlar" bu oyunda məğlub olacağı təqdirdə heç şübhəsiz ki, Krunoslav Renduliçin kreslosu layxlayacaq. Masazır təmsilçisi 8-ci turdan bu yana qələbə üzünə həsrət qalıb.  

Qeyd edək ki, bu komandalar arasında İlk dövrədəki oyun 2:2 hesabı ilə başa çatıb.

Misli Premyer Liqası

II dövrə, XIV tur

17:00. "Turan Tovuz" - "Sabah"

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Tural Qurbanov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz. Şəhər stadionu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью