sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 6-cı turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı Tovuzda keçiriləcək. Qərb bölgəsinin təmsilçisi "doğma divarlar" arasında "Zirə"ni qəbul edir. Turnir cədvəlində qonşu olan komandaların oyununu turun mərkəzi qarşılaşması kimi dəyərləndirmək olar. Hazırda hesabında 10 xal olan "qartallar" 4-cü, "boz qurdlar" isə 8 xalla 5-ci yerdədir.
Qeyd edək ki, turun dünən keçirilən oyunlarında "Neftçi" səfərdə "Qəbələni (3:0), "Qarabağ" isə öz meydanında "Şəfa"nı (1:0) məğlub edib.
Misli Premyer Liqası
I dövrə. VI tur
17:30. "Turan Tovuz" - "Zİrə"
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı
VAR: Əli Əliyev
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz. Şəhər stadionu.