Boz qurdlar qartallara qarşı

15.12.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasında XVII tur davam edir. Sport24.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək.

İlk görüşdə turnir cədvəlində qonşu olan komandalar üz-üzə gələcək. "Zirə" "Turan Tovuz"u qəbul edəcək.

Hazırda Kurban Berdıyevin "boz qurdlar"ı turnir cədvəlində 30 xalla 3-cü, Rəşad Sadıqovun "qaratallar"ı isə 26 xalla 4-cü pillədədi. 

Qeyd edək ki, bu komandalar arasında 1-ci dövrənin görüşündə "Turan Tovuz" 1:0 hesabı ilə qalib gəlib.

Misli Premyer Liqası

II dövrə, XVII tur

16:00. "Zirə" - "Turan Tovuz"

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə. İdman Kompleksinin stadionu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью