Boz qurdlar süvarilər ə qarşı

28.03.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün keçiriləcək bir oyunla Premyer Liqada 28-ci tura start veriləcək. Sport24.az xəbər verir ki, 4-cü dövrənin ilk oyununda "Turan Tovuz" "doğma divarlar" arasında "Qarabağ"ı qəbul edir.

Aktivində 64 xal olan ağdamlılar turnir cədvəlinin zirvəsində qərarlaşsa da, cari mövsümdə tovuzluları məğlub edə bilməyib. Komandalar arasında baş tutan əvvəlki 3 qarşılaşmadan ikisi "boz qurdlar"ın qələbəsi ilə yekunlaşıbsa, biri heç-heçə başa çatıb. Maraqlıdır ki, Kurban Berdıyevin yetirmələri səfərdə keçirilən görüşlərdə sevinən tərəf olub. Bəs bu dəfə necə olacaq? Bu suala 90 dəqiqənin tamamında cavab tapa biləcəyik.

Qeyd edək ki, Cavid Cəlilovun idarə edəcəyi oyunun start fiti saat 19:30-da səslənəcək.

Misli Premyer Liqası

IV dövrə, XXVIII

19:30. "Turan Tovuz" - "Qarabağ" 

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz. Şəhər stadionu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью