Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Rusiya Premyer Liqasının bir neçə klubunun keçmiş baş məşqçisi Miodraq Bozoviç tanınmış hücumçu Artem Dzyubanın karyerasını bitirmək ehtimalı barədə danışıb.
Redaktor.az xəbər verir ki, "Championat" nəşrinin yaydığı məlumata görə, monteneqrolu mütəxəssis 37 yaşlı hücumçunun futbolla vidalaşmaq qərarını yalnız özünün verə biləcəyini vurğulayıb.
Məlumata əsasən, Bozoviç Dzyubanın hələ də kifayət qədər güclü olduğunu və oynamağa davam etməli olduğunu bildirib. O, Kriştianu Ronaldu və Lionel Messini nümunə göstərərək son Dünya Kubokunda çoxlu təcrübəli və yaşlı futbolçunun çıxış etdiyini xatırladıb.
Bildirilib ki, Dzyuba karyerasına Moskvanın "Spartak" klubunda başlayıb. Daha sonra "Tom", "Rostov", Tulanın "Arsenal", "Lokomotiv" və Türkiyənin "Adana Demirspor" klublarında çıxış edib. Təcrübəli hücumçu ən böyük uğurlarına "Zenit"də imza ataraq dörd Rusiya çempionluğu, iki Rusiya Kuboku və dörd Superkubok qazanıb.
Mütəxəssisin sözlərinə görə, hücumçu fiziki baxımdan hazır olduğu müddətdə yaş amili onun üçün maneə olmamalıdır.
Qeyd edək ki, 2024-cü ilin sentyabrından 2026-cı ilin may ayına qədər Tolyatti-nin "Akron" komandasında oynayan Dzyuba keçirdiyi 49 oyunda 18 qol vurub və 12 məhsuldar ötürmə edib. Rusiya futbolu tarixində vurulan qolların sayına görə rekordçu olan və milli komandanın ən çox qol vuran oyunçusu kimi tanınan Dzyubanın "Transfermarkt"a görə bazar dəyəri 1,2 milyon avrodur. Xatırladaq ki, bundan əvvəl "Krılya Sovetov" klubu təcrübəli hücumçu ilə müqavilə bağlamamasının səbəbini açıqlamışdı.
Aminə ŞAHSUVARQIZI