Boztəpə suvarma kanalında yenidənqurma işləri başa çatıb

21.07.2025

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Boztəpə suvarma kanalında yenidənqurma işləri başa çatıb.

525.az xəbər verir ki, mənbəyini Araz çayından götürən suvarma kanalının yenidən qurulması İmişli rayonunda 8 884 hektar və Beyləqan rayonunda 891 hektar olmaqla, ümumilikdə 9 775 hektar torpaq sahəsinin su ilə təminatını yaxşılaşdırıb.

Kanalın su buraxma qabiliyyəti 8,6 kub m/san, uzunluğu isə 42,4 kilometrdir.

Sözegedən suvarma kanalı üzərində sudüşürən, suburaxan, supaylayıcı, borulu keçid və səviyyəqaldıran olmaqla ümumilikdə 186 hidrotexniki qurğu var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью