Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq. Bu gün BP müxtəlif nəsilləri təmsil edən Azərbaycan incəsənət nümayəndələrini və onların 19
"APA-Economics" xəbər verir ki, kitab-albom Azərbaycan, ingilis və rus dillərində olmaqla üç dildə hazırlanıb.
Nəşrdə təqdim olunan əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasında sərgilənən rəngkarlıq, heykəltəraşlıq, qrafika, tətbiqi sənət və teatr dekorasiya sənətini əhatə edən 12000 əsərlik yaradıcılıq kolleksiyasından seçilib.
“İlk dəfə olaraq Azərbaycanın möhtəşəm yaradıcılıq sənətinin böyük ustadları - Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Mircavad Mircavadov, Əşrəf Murad, Rasim Babayev, Böyükağa Mirzəzadə, Ömər Eldarov, Lətif Kərimov, Vəcihə Səmədova, Maral Rəhmanzadə və digər görkəmli sənətkarlarla yüksələn gənc istedadları bir yerə toplamış bu unikal incəsənət kitabını təqdim etməkdən qürur duyuruq.
Bu kitab bir daha “incəsənət” sözünün təcəssüm etdirdiyi yaradıcılıq, təxəyyül və ilhamın simvolik gücünü vurğulayır.
bp Azərbaycanın həm dünya şöhrətli, həm də inkişaf etməkdə olan yaradıcılıq sənətinin təbliğinə töhfə verməkdən qürur duyur", - məlumatda qeyd olunur.
Bu sənət toplusu müvafiq incəsənət mərkəzlərinə, muzeylərə, qalereyalara və kitabxanalara, eləcə də bütün sənətsevərlərə bp-nin hədiyyəsidir.
Yeni təqdim olunmuş vebsayt artıq ictimaiyyətə açıqdır və www.az-art.gallery ünvanında yerləşir.