BP Azərbaycanda sosial layihələrə xərclərini 14% dən çox azaldıb

06.08.2026

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-ci ilin birinci yarısında bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təqribən 0,6 milyon dollar vəsait xərcləyiblər. Bu, illik müqayisədə 0,1 milyon ABŞ dolları və ya 14,3% azdır. 

Banco.az bu barədə BP-nin 2026-ci ilin birinci yarısının yekunlarına dair hesabatına istinadən xəbər verir. 

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə I yarımil ərzində təxminən 0,9 milyon dollar vəsait xərcləyib.

Bunlara hazırda davam edən 19 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ölkənin mədəni irsini və idmanı təbliğ edən 5 layihə, ətraf mühit üzrə 1 təşəbbüs və müxtəlif mövzularda 8 konfrans və seminara dəstək, yəni ümumilikdə 34 layihə daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью