BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib | Icma.az
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün BP şirkəti Azərbaycanın zəngin mədəni, bədii və ədəbi irsinin təbliğinə yönəlmiş davamlı öhdəliyinin bir hissəsi olaraq müasir ədəbiyyatın beş istedadlı nümayəndəsinin kitablarının təqdimatını keçirib.
SİA xəbər verir ki, bu nəşrlərdə Azərbaycan ədəbiyyatının gənc nəslini təmsil edən dörd şairin və bir yazıçının seçilmiş əsərləri toplanıb.
Bundan əvvəl BP Azərbaycan ədəbiyyatının gənc nəslinin ən perspektivlilərindən dörd şair və yazıçının kitablarını nəşr etmişdi.
Bu iki layihə üçün seçilmiş ümumilikdə doqquz gənc yazarın kitablarının nəşr olunması ilə bağlı Azərbaycan Yazıçılar Birliyi BP-yə müraciət edib və onların namizədliklərini şirkətə təqdim edib.
Bu gün keçirilən təqdimat tədbirində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar deyib: “Tarixi-mədəni ənənələrə malik möhtəşəm Azərbaycan ədəbiyyatı bu gün də dəyişən ədəbi nəsillərin simasında öz parlaq dövrünü yaşayır.
Cavan qələm adamları yeni-yeni dəyərli əsərləri ilə oxucuları sevindirir.
Söz sənətimizin daimi inkişafı, müasir ruhlu əsərlərin nəşri Azərbaycan ədəbiyyatının gələcəyinə olan böyük inamımızı daha da möhkəmləndirir.
Tam oxu
Xəbəri oxu