BP Azərbaycanın mədəni irsini təbliğ edən yeni kitabalbomu və vebsaytı təqdim edib | Icma.…
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün BP müxtəlif nəsilləri təmsil edən Azərbaycan incəsənət nümayəndələrini və onların 1960-cı illərdən bəri son 60 ildə yaratdıqları seçilmiş sənət əsərlərini nəfis şəkildə təqdim edən kitab-albomun və vebsaytın ictimaiyyətə təqdimatını keçirib.
“Report” xəbər verir ki, kitabda Azərbaycanın ecazkar sənət aləminin parlaq, rəngarəng və çoxşaxəli özəlliklərini ən yaxşı təmsil edən sənətkarlar və onların yaradıcılığı əhatə olunub.
Layihə BP-nin Azərbaycanın zəngin mədəni irsinin təbliğinə verdiyi davamlı dəstəyin bir hissəsidir.
Kitab-albom Azərbaycan, ingilis və rus dillərində olmaqla üç dildə hazırlanıb.
Nəşrdə təqdim olunan əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasında sərgilənən rəngkarlıq, heykəltəraşlıq, qrafika, tətbiqi sənət və teatr dekorasiya sənətini əhatə edən 12 000 əsərlik yaradıcılıq kolleksiyasından seçilib.
Bu nəşr Azərbaycan milli rəssamlıq məktəbinin dünya şöhrətli korifeyləri ilə yeni, lakin güclü gənc nəslini bir araya gətirmiş misilsiz sənət toplusudur.
Tədbirdə çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “İlk dəfə olaraq Azərbaycanın möhtəşəm yaradıcılıq sənətinin böyük ustadları - Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Mircavad Mircavadov, Əşrəf Murad, Rasim Babayev, Böyükağa Mirzəzadə, Ömər Eldarov, Lətif Kərimov, Vəcihə Səmədova, Maral Rəhmanzadə və digər görkəmli sənətkarlarla yüksələn gənc istedadları bir yerə toplamış bu unikal incəsənət kitabını təqdim etməkdən qürur duyuruq.
Tam oxu
Xəbəri oxu