BP Bakı Supsa və BTC nin operatorluğundan çıxır | Icma.az
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
BP şirkəti Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin operatoru rolunun təhvil verilməsi ilə bağlı danışıqlar aparır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə şirkətin Gürcüstandakı nümayəndəliyindən “Business Media” nəşrinə məlumat verilib.
Bildirilib ki, qüvvədə olan müqavilələrə uyğun olaraq, BP boru kəmərləri sisteminin operatorluğunun ötürülməsi üzrə danışıqları müvafiq tərəflərlə aparır.
Danışıqların əsas istiqaməti Gürcüstanda yerləşən Bakı-Supsa neft kəmərinə aid obyektlərin Gürcüstanın Neft və Qaz Korporasiyası və yaxud onun təyin etdiyi operatora qaytarılması və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin idarəçisi, baş operatoru və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) funkыiyalarının “SOCAR Midstream” şirkətinə ötürülməsindən ibarətdir.
Gürcüstandan keçən iki boru kəmərinin istismarından çıxmasından baxmayaraq, BP BTC və CQNK-nin səhmdarı olaraq qalır.
Şirkət BTC səhmlərinin 30,1%-nə, CQBK səhmlərinin isə 29,99%-nə sahibdir.
Operator funksiyalarının ötürülməsi prosesinin başa çatdırılması müvafiq sazişin əldə olunacağı təqdirdə, 2026-cı ilin birinci yarısının sonuna planlaşdırılıb.
Tam oxu
Xəbəri oxu