BP neft hasilatının azaldılmasından imtina etməyi planlaşdırır

25.02.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Enerji şirkəti British Petroleum (BP) maliyyə problemləri səbəbindən neft və qaz hasilatını azaltmaq vədindən dönməyi planlaşdırır. 
Demokrat.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
BP-nin baş icraçı direktoru Murray bildirib ki,  mövcud vəziyyəti dəyişmək mümkündür. Eyni zamanda, Elliot hesab edir ki, Britaniya şirkətinin ekoloji cəhətdən təmiz enerji istehsalını artırmaq qərarı onu dəyərdən salıb.
BP rəhbərliyi 2030-cu ilə qədər neft və qaz hasilatını azaltmağa söz verib. Şirkət bu dövrə qədər bu rəqəmin 40%-ə düşəcəyini gözləyirdi. Eyni zamanda, BP 2050-ci ilə qədər 50 GVt bərpa olunan enerji mənbələri yaratmaq niyyətində idi.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью