Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
2050-ci ildə bu günlə müqayisədə təxminən 10% daha çox enerji tələb olunacaq və onun təxminən yarısı neft və qaz olacaq.
Bunu SPE Xəzər Texniki Konfransında çıxışı zamanı BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Giovanni Cristofoli bildirib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Onun sözlərinə görə, reallıq budur ki, neft və qaza onilliklər boyunca ehtiyac olacaq. Buna görə də Xəzər regionunun inkişaf etməsi və daha geniş region üçün enerji mərkəzi kimi fəaliyyətini davam etdirməsi vacibdir.
"Xəzər regionundan məhsulumuzu dünyanın ən böyük bazarlarından biri olan Avropaya daşıyan boru kəmərləri sistemimiz var", - Giovanni Cristofoli qeyd edib.
© APA