Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Britaniya şirkəti bp-nin ikinci rübdə mənfəəti illik müqayisədə təxminən 150 faiz artaraq 5,7 milyard dollara çatıb.
Şirkət bu ilin ikinci rübü üçün maliyyə nəticələrini açıqlayıb.
Müvafiq olaraq, bp aprel-iyun ayları ərzində 5,73 milyard dollar mənfəət əldə edib. Bu məbləğ şirkətin ötən ilin eyni dövründəki 2,3 milyard dollar mənfəəti ilə müqayisədə təxminən 150 faiz artım deməkdir.
ABŞ/İsrail-İran müharibəsindən sonra enerji böhranı nəticəsində yaranan neft və qaz qiymətlərinin artması, neft emalı zavodlarının mənfəətinin artması ilə yanaşı, bp-nin mənfəət artımında əsas rol oynayıb.
Nəticələri qiymətləndirərkən bp-nin baş direktoru Meq O’Nil şirkətin balans hesabatının gücləndirilməsində və strukturunun sadələşdirilməsi üçün addımlar atılmasında əhəmiyyətli irəliləyişlər əldə etdiyini bildirib və son həftələrdə şirkətin bəzi aktivlərini satdığını və ya satışa çıxardığını xatırladıb.
M.MİRZƏ
XQ