Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bir ölkədə elmin inkişafı üçün ən vacib şərtlərdən biri dünya elmi ədəbiyyatının yerli dilə keyfiyyətli və düzgün şəkildə tərcümə edilməsidir.
Son illər BP Azərbaycan tərəfindən maliyyələşdirilən bu istiqamətdəki tərcümə layihələri ölkəmizin elmi mühitinə real töhfə vermək baxımından çox dəyərlidir.
Bu gün, Four Seasons otelində Biznes və İqtisadiyyat üçün Statistika, Ekonometrikaya Giriş, Korporativ Maliyyə, İqtisadi idarəetmə və Strategiya, Statistik Nəticə Çıxarma kimi beş fundamental kitabın təqdimat mərasimi keçirilib.
Kitablar TEAS Press tərəfindən nəşr edilib və BP tərəfindən ölkə universitetlərinə hədiyyə olunacaq.
Amma bu vacib və dəyərli layihə çox ciddi bir məsuliyyətsizliklə ləkələnib.
Ekonometrikaya Giriş kitabının nəşrində əsl tərcüməçi heyətinin adları bilərəkdən və ya səhlənkarlıq nəticəsində saxtalaşdırılıb.
Bunları Gununsesi.info -ya kitabın həqiqi tərcüməçilərindən biri olan iqtisad elmləri üzrə fəlsəfə doktoru Nicat Qasım deyib.