bp “Qarabağ” yatağında neft hasilatını tezləşdirəcək

03.06.2025

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

“Qarabağ” yatağından neft hasil etmək üçün yeni bir konsepsiya istifadə edəcəyik. Bununla da neft istehsalını tezləşdirəcəyik.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Enerji Forumunda jurnalistlərə açıqlaması zamanı bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel deyib.

O bildirib ki, “Qarabağ”dan ilk neftin çıxarılması 2029-cu ilə planlaşdırılıb.

“Qarabağ” yatağında yaradılacaq infrastruktur “Azəri-Çıraq-Günəşli” blokunda mövcud infrastruktura qoşulacaq”, - deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью