bp: “Şəfəq Asiman” blokunun əlavə qiymətləndirilməsi tələb olunur

06.08.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti


“Şəfəq-Asiman” dəniz blokunda layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun əlavə qiymətləndirilməsi tələb olunur.

bp şirkətindən XQ-yə bildirilib ki, bu məqsədlə hazırda Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla gələcək fəaliyyətlərin planlaşdırılması üzrə işlər aparılır. Bu fəaliyyətlərə imkan yaratmaq üçün 2025-ci ilin iyun ayında “Şəfəq-Asiman” Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) kəşfiyyat dövrü uzadılıb və bp bu dövr üçün operator olaraq qalır.

“Şəfəq-Asiman”da iştirak payları belədir: bp (operator – 35%), SOCAR (35%) və “TPAO” (30% - 2025-ci ilin iyun ayında HPBS-yə qoşulub).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью