bp: “Şəfəq” GES də istehsal olunan elektrik enerjisi Qarabağın inkişafına töhfə verəcək

03.06.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

Cəbrayıldakı “Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafına mühüm töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.

“Biz regionda ilk günəş enerjisi layihəmiz ilə bağlı yekun investisiya qərarını indicə qəbul etmişik. İstehsal olunan elektrik enerjisi işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafının dəstəklənməsinə sərf olunacaq” ,- deyə Q.Cons qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью