Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. BP-nin ardından SOCAR da Türkiyə bazarından çıxmaq istəyir.
Şirkət qaz paylama biznesini satmaq üçün danışıqlara başlayıb.
Eyni ayda iki nəhəng şirkətin Türkiyədən çıxması ölkədəki hansı iqtisadi proseslərlə bağlıdır?Mövzuyla bağlı Bakupost.az -a iqtisadçı Natiq Cəfərli danışıb.
O, bu məsələnin təkcə Türkiyənin iqtisadi vəziyyətiylə əlaqəli olmadığını bildirib: “Burada SOCAR-ın özünün də müxtəlif layihələr üçün aldığı kreditlər var.
Bilirsiniz ki, bu şirkətR ayrıca bir kredit xəttinə malikdir.
Bir çox kreditlərinin qaytarılması üçün bəzi aktivlərini satmasıyla bağlı məsələ əvvəl də masada var idi.
Bir tərəfdən bununla bağlı ola bilər. Bundan əlavə, neft şirkətlərinin "yaşıl enerji"yə keçid konsepsiyaları var.
Buna görə də, "yaşıl enerji"nin istehsalı və ixracına yatırımlar üçün vəsaitə ehtiyac yaranacaq. Çünki bunlar bahalı layihələrdir.