BP: Yeni layihələr Azərbaycanda yeni sərmayələrə yol açacaq

03.06.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Bu günlərdə neft-qaz və energetika sahəsində imzalanmış sənədlər BP şirkəti üçün Azərbaycanda yeni sərmayələr üçün yol açacaq.

APA-Economics xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib.

Bununla yeni bir mərhələnin başladığı deyən BP rəsmisi qeyd edib ki, bu, həm də SOCAR və Azərbaycan hökuməti tərəfindən onlara göstərilən etimadın davamıdır.

Yeni sənədlər çərçivəsində reallaşdırılacaq layihələrə yönəldiləcək investisiyaların həcminə gəldikdə isə, Qordon Birrell bildirib ki, bunlar çoxmilyardlı layihələrdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью