BPdə çalışan Azərbaycan vətəndaşlarının sayı artıb

05.11.2024

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin üçüncü rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 401 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 2023-cü ilin eyni dövründə bu say 2 395 nəfər olub.

Banco.az xəbər verir ki, bu barədə BP şirkətinin 2024-cü ilin üçüncü rübünün yekunlarına həsr olunmuş hesabatında qeyd edilib.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

Qeyd edək ki, 2023-cü ilin sonunda 2,353 nəfər, 2022-ci ilin sonunda 2,377 nəfər, 2021-ci ilin sonunda isə 2,266 nəfər Azərbaycan vətəndaşı BP-də işləyib​. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью