BPnin xalqımızın mədəni irsinə önəmli töhfəsi | Icma.az
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkəmizdə iri neft-qaz layihələrinin operatoru olan BP şirkəti bir sıra sosial təşəbbüslərlə də çıxış edir.
Şirkətin sosial sərmayələri isə yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib.
Bugünlərdə isə BP-Azərbaycan şirkəti xalqımızın müxtəlif nəsillərini təmsil edən incəsənət nümayəndələrini və onların 1960-cı illərdən bəri yaratdıqları seçilmiş sənət əsərlərindən ibarət kitab-albomu nəfis şəkildə çap etdirib.
Azərbaycan Milli İncəsənət Muzeyində həmin sənət incisinin və vebsaytın təqdimatına həsr olunmuş mərasimi giriş sözü ilə “BP-Azərbaycan”ın şirkətxarici kommunikasiyalar üzrə rəhbəri Tamam Bayatlı açaraq layihənin təmsil etdiyi qurumun Azərbaycanın zəngin mədəni irsinin təbliğinə verdiyi davamlı dəstəyin bir hissəsi olduğunu bildirdi.
Onun sözlərinə görə, kitabda Azərbaycanın ecazkar sənət aləminin parlaq, rəngarəng və çoxşaxəli özəlliklərini ən yaxşı təmsil edən sənətkarlar və onların yaradıcılığı əhatə olunub.
Qeyd olundu ki, Azərbaycan, ingilis və rus dillərində nəşrə hazırlanmış kitab-albomda təqdim olunan əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasında sərgilənən rəngkarlıq, heykəltəraşlıq, qrafika, tətbiqi sənət və teatr dekorasiya sənətini əhatə edən 12 min əsərlik yaradıcılıq kolleksiyasından seçilib.
Ümumilikdə, bu nəşr Azərbaycan milli rəssamlıq məktəbinin dünya şöhrətli korifeyləri ilə yeni, istedadlı gənc nəslini bir araya gətirmiş qiymətli sənət toplusudur.
Tam oxu
Xəbəri oxu