Icma.az, Turkstan.az saytına istinadən bildirir. Ölkə başçısının Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəs
“Ümumiyyətlə, Azərbaycanın xarici siyasəti kifayət qədər praqmatizmə və və milli maraqlara söykənən siyasətdir.
Şaxələnmiş xarici siyasətin nəticəsidir ki, Azərbaycan bu gün həm Avropa İttifaqının üzvü olan ölkələrlə, həm də region ölkələri ilə strateji tərəfdaşlıq və müttəfiqlik bəyannamələri imzalayıb.
Müsahibədə qeyd edildiyi kimi Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.
Millət vəkili ölkə başçısının müsahibəsində Çinə xüsusi yer ayırmasına diqqəti çəkib: “Müsahibədə dünyanın böyük iqtisadi gücə və insan potensialına sahib ölkəsi olan Çinə münasibətə xüsusi yer ayrılması təsadüfi deyil.
Azərbaycan - Çin münasibətləri qədim tarixə malikdir. Bu gün hər iki ölkə əməkdaşlığın inkişaf etdirilməsində, onu daha da irəliyə aparılmas
Azərbaycanla-Çin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmasının bu il bir ili tamam olur.
Həmin müsahibədə qeyd edildiyi kimi: “Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir”.