BQXK dən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

16.10.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Beynəlxalq Qızıl Xaç Komitəsi hələ ki Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevi ziyarət etməyib.

"Bakupost" xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Zara Amatuni bildirib.

"Bizim bu məsələni həll etmək üçün mandatımız var. Hazırda heç bir səfər olmayıb. Biz bu məsələ ilə bağlı Ermənistan hakimiyyəti ilə dialoq aparırıq", - deyə Amatuni qeyd edib.

Qeyd edək ki, hərbi hissəni özbaşına tərk edərək qarşı tərəfə keçən Nəsimi Musayev Ermənistan məhkəməsinin qərarı ilə həbs edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью