Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması dövlət öhdəliyidir.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova jurnalistlər üçün keçirilən brifinqdə deyib.
"Bizi dövlətə dəstək verən qurumuq. Hər bir fəaliyyətimiz ehtiyacların qiymətləndirilməsindən asılıdır. Biz heç vaxt tək iş görmürük. Məqsədimiz yerli mütəxəssislərin bu sahədə iş bacarığını artırmaqdır. Yerlərdə mütəxəssislər yetişdirməyə çalışırıq", - o qeyd edib.