“Brabus”dan 1 milyon avroluq kabriolet Fotolar

26.08.2026

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


“Brabus” tuninq studiyası yeni kabrioletini təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, “Aston Martin Vanquish” superkarına əsaslanan bu avtomobil şirkətin mərhum qurucusu Bodo Buşmannın adını daşıyır.
Yeni versiya açıq üstü olan dizayna malikdir. Kupedə olduğu kimi, məhdud sayda - 77 ədəd istehsal olunacaq. Orijinal “Bodo”nun qiyməti tam 1 milyon avro olsa da, kabrioletin qiyməti 77 000 avro daha baha olacaq.
Kabriolet və kupe arasındakı yeganə fərq 15 saniyədən az müddətdə açılıb-bağlanan yumşaq üst hissədir. Bodo Buşmann tərəfindən dizayn edilmiş “Aston Martin Vanquish” karbon lifli kuzovun hərtərəfli yenidən dizaynı sayəsində demək olar ki, əslindən tam fərqlənir. Arxa hissədə hava əyləci kimi fəaliyyət göstərən geri çəkilə bilən, elektriklə işləyən spoyler var. Avtomobilin uzunluğu 5062 mm-dir ki, bu da orijinal “Vanquish”dən 207 mm daha uzundur. Əsas interyer elementlərinin əksəriyyəti, o cümlədən yeni formalı havalandırma dəlikləri, yeni dizayn edilmiş sükan və yüksək keyfiyyətli dəri və karbon lifli bəzəklər “Vanquish”dən götürülüb.
“Brabus Bodo” 5,2 litrlik turbomühərrikli V12 mühərriki ilə təchiz olunub, 1000 at gücünə (1200 Nm) qədər gücləndirilib və səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilib. Avtomobul arxa ötürücülüdür. Sıfırdan 100 km/saat sürətlənmə 3 saniyə, sıfırdan 300 km/saat sürətlənmə isə 23,9 saniyə çəkir. Maksimum sürət 360 km/saatdır.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью