Brad Pittin evini qarət edən dəstə tutuldu: İKİSİ UŞAQDIR

13.08.2025

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin  Los-Anceles şəhərində aktyor Brad Pittin də evini qarət edən 4 nəfərlik dəstə saxlanılıb.


Sherg.az xəbər verir ki, ikisi 18, biri 17, digəri 16 yaşında olan şəxslərin evlərindən oğurlanmış əşyalar tapılıb. İstintaqa görə, dəstə məşhur aktyor və idmançıların evlərini hədəf alıb, onların həyat tərzini izləmək üçün gizli kameralar quraşdırıb, təhlükəsizlik sistemlərini isə Wi-Fi siqnal kəsicilərlə sıradan çıxarıb. Pittin Los-Felisdəki evi iyunun sonunda üç maskalı şəxs tərəfindən soyulmuşdu. Hadisə zamanı aktyor şəhərdən kənarda idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью