Brahim Konate “Zirə”də

13.05.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Zirə” “Şamaxı”nın fransalı yarımmüdafiəçi Brahim Konatenin transferini tamamlayıb.

QOL.az-ın azerisport.com-a istinadən yaydığı məlumata görə, Bakı klubu 29 yaşlı futbolçu ilə 2 illik rəsmi müqavilə imzalayacaq.

Daha əvvəl “Neftçi” Konate ilə müqavilə imzalamağa yaxın idi, lakin son anda “Zirə”dən təklif gəlib və bu, futbolçunun qərarını dəyişdirib. Xüsusilə, onun seçimində əsas amillərdən biri “qartallar”ın avrokubokda iştirak edəcəyi olub.

Konate bu mövsüm “Şamaxı”nın heyətində Misli Premyer Liqası və Azərbaycan kubokunda üst-üstə 30 oyub keçirib, 9 qol vurub və 3 qolun ötürməsini edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью